• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Ukraynada “aviaqəza”: Yeni dünya müharibəsinin başlanğıcımı?

  • Dünya
  • 18 İyul 2014 16:20
  • 372 Baxış
Ukraynada “aviaqəza”: Yeni dünya müharibəsinin başlanğıcımı?

“Əgər Ukraynada Malayziya aviaşirkətinin təyyarəsi separatçılar və ya ruslar tərəfindən vurulubsa, bu o deməkdir ki, Rusiya və Qərb qarşıdurmaya daha da yaxınlaşır”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözləri Donetsk vilayətində Malayziyanın sərnişin təyyarəsinin vurulmasını şərh edən ABŞ-ın “The National Interest” qəzetinin şərhçşisi Yakob Helbrun yazıb.

Onun sözlərinə görə, Ukraynanın şərqində baş verən son hadisələr 1914-cü ilin avqust hadisələrini xatırladır: “Senator Makkeyn təyyarənin separatçılar tərəfindən vurlmasının aydın olacağı halda, bunun ciddi nəticələrinin olcağı barədə xəbərdarlıq edib. Və yalnız onun partiyası Rusiyaya qarşı sərt addımlar atmağın tərəfdarı deyil. Həm respublikaçılar, həm də demokratlar Rusiyanı ittiham etməyə və onunla bağlı daha sərt addımlar atmağa məcbur olacaqlar”.

Yakob Helbrun təyyarənin vurulması ilə bağlı maraqlı bir iddia irəli sürüb. Onun fikrincə, qarşıdurmanı kəskinləşdirmək və Putinin var gücü ilə onları dəstəkləməyə məcbur etmək üçün separatçılar təyyarəni vura bilər. Onun ikinci ehtimalı isə budur ki, təyyarənin vurulması sadə bir səhv ola bilər. Amma Melbrunn müharibələrin kiçik səhvlərdən belə başlaya biləcəyini qeyd edir: “Nə Obama, nə də Almaniya kansleri Angela Merkel irimiqyaslı hərbi qarşıdurmaya cəhd etmir. Almanlar əvvəlcə bu münaqişənin Moskva və Vaşinqton arasında olduğunu hesab edirdi. Almaniya həm də iki supergüc arasındakı “soyuq müharibə”nin döyüş meydanı olacağından ehtiyat edirdi. Amma təyyarənin Rusiyanın razılığı ilə vurulduğu sübut edilərsə, Merkel də Obama ilə həmfikir ola bilər”.

Amerikalı senator qeyd edib ki, təyyarənin vurulmasında Putin və separatçıların iştirakı sübuta yetirilərsə, bu, ukraynalılara silah yardımı etmək və Rusiyaya qarşı sanksiyaları gücləndirmək üçün əsas olacaq. Senator, eyni zamanda, bunun bir başlanğıc olacağını deyib.

“Bu, ötən yüzilliyin yetmişinci-səksəninci illərin “soyuq müharibə”sinə qayıdış olmayacaq. Tamamilə mümkündür ki, bu müddət 1940-cı illərin sonlarından daha gərgin keçəcək. Belə ki, həmin vaxt Stalinin planlarında müəyyənlik yox idi. Eyni zamanda Birinci Dünya müharibəsində olduğu kimi çox təhlükəli presedentlə qarşılaşa bilərik. Həmin vaxt bəzi dövlətlər Balkanlarda təsir və hakimiyyət uğrunda mübarizə aparırdı. Ukraynanın gələcəyi Almaniya, Rusiya və ABŞ-ın danışıqlarının predmeti olmalıdır. Yeni Berlin Konqresi keçirilməlidir. Dünyada hazırda baş verənlər ikinci prezidentliyi müddətində Obamanı xarici siyasətə daha çox diqqət ayırmağa məcbur edir. Ukrayna onun üçün ən ciddi sınaq ola bilər”, - Yakob Helbrun sonda yazıb.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR