Arseniy Yasenyuk: “Rusiyalılar oynayıb qurtardılar”
Bizi izləyin

Dünya

Arseniy Yasenyuk: “Rusiyalılar oynayıb qurtardılar”

“Rusiyalılar oynayıb qurtardılar. Onlar Haaqa beynəlxalq tribunalının qarşısında oturmalıdır. Orada yer çoxdur, hamını yerləşdirmək olar”.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu sözləri Ukrayna baş naziri Arseniy Yasenyuk ölkənin şərqində Malayziyanın “Boeing-777” sərnişin təyyarəsinin vurulmasını şərh edərkən deyib.

Baş nazir Rusiya ilə ikitərəfli ticarətin tam olaraq məhdudlaşdırılmasını istisna etməyib. A.Yasenyuk Ukraynanın Rusiyaya ixracında azalmanın təxminən 5 milyard dollar təşkil edəcəyini bildirib.

Qeyd edək ki, Ukrayna tərəfi Malayziya təyyarəsinin Rusiya tərəfindən vurulduğunu iddia edir. Ukrayna baş prokuroru Vitali Yarema da deyib ki, Donetsk və Luqansk vilayətindəki separatçılarda “Buk” və “S-300” zenit raket kompleksləri yoxdur.

Ukrayna daxili işlər naziri Anton Qeraşenko Malayziyanın “Boinq-777” sərnişin təyyarəsinin “Buk” zenit-raket sistemi ilə vurulduğunu bildirib. Bundan əvvəl isə separatçılar bəyan etmişdi ki, böyük hündürlükdən uçan təyyarələrin vurulması üçün onlarda silah yoxdur.

“Biz hadisənin bütün tərəflərini qiymətləndiririk. Ancaq bildirmək istəyirəm ki, bizdə on kilomert hündürlükdən uçan təyyarəni vurmaq üçün silah yoxdur. Bizdə həqiqətən də PZRK zenit-raket kompleksi var, ancaq onun hərəkət radiusu 5 kilometr təşkil edir”, - “Donetsk Xalq Respublikası”nın “baş nazirinin müavini” Andrey Purqin “İnterfaks” xəbər agentliyinə bildirib.

Rusiya Müdafiə Nazirliyi isə rəsmən bildirdi ki, “Malaysia Airlines” aviaşirkətinin “Boeing-777” təyyarəsi vurulduğu yer Ukraynanın “S-200” zenit-raket kompleksinin üç batareyası, həmçinin “Buk-M1” orta mənzilli iki zenit-raket batareyası zonasına daxildir. Nazirlik həmin batareyalar vasitəsilə təyyarənin asanlıqla vurula biləcəyini bildirib.

Rusiya prezidenti Vladimir Putin də hadisəyə görə məsuliyyəti Ukrayna hakimiyyətinin üzərinə qoydu: “Əgər sülh olsaydı, bu faciə də olmazdı. Sözsüz ki, bu qorxunc faciə üçün məsuliyyət Ukrayna hakimiyyətinin üzərinə düşür”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm