CNN-nin müxbiri İsraildə təhdid edildi – Video
Bizi izləyin

Dünya

CNN-nin müxbiri İsraildə təhdid edildi – Video

Qəzzaya atılan bombalar qarşısında CNN müxbiri susa bilməyib.

Publika.az “Hürriyət”ə istinadən xəbər verir ki, dünən gecə İsrailin Qəzzaya qarşı quru əməliyyatını oradan izləyən CNN-nin müxbiri Diana Magnay canlı yayımda olarkən israillilərin atılan raketləri alqışladığı eşidilib. Magnay isə canlı yayımda: “Deyəsən, görürsünüz, İsrailin bu hücumlarını izləyən bir çox israilli toplaşıb bunu qeyd edir” sözləri ilə izləyiciləri məsələdən hali edib.

Canlı yayımdan sonra CNN müxbiri orada toplaşan kütlə tərəfində təhdid edildiyinə dair tvit atıb. Magney belə bir tvit yazıb: “Sderatdakı çimərlikdə israillilər Qəzzaya düşən bombaları bayram edirlər” dediyim üçün bir daha “yanlış” bir şey desəm, məni maşınımızı parçalamaqla təhdid etdilər. İyrənclikdir”. Amma 20 dəqiqə sonra o, atdğı tviti də silməli olub.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm