Almaniya kansleri İsraili müdafiə etdi
Bizi izləyin

Dünya

Almaniya kansleri İsraili müdafiə etdi

Almaniya kansleri Angela Merkel İsrailin Qəzza zolağında dinc insanları öldürməsinə haqq qazandırıb.

ANS PRESS-in məlumatına görə, Merkel "Həmas"ın yeni silahlara sahib olduğunu əsas gətirərək İsraili müdafiə edəcəklərini bildirib: "Həmasın əlində yeni silahlar var. Hücuma uğrayan ölkənin özünü müdafiə etmək haqqı var".

Merkel Misirin atəşkəs təklifini müsbət qarşıladığını deyib.

Bu arada İsrailin baş naziri Binyamin Netanyahu Fələstinə qarşı başlanılan quru əməliyyatlara görə, "Həmas"ı günahlandırıb:

"Ordumuz terrorizmə qarşı döyüşür və "Həmas" bunun əvəzini ağır ödəyəcək. Dinc insanların ölümünə görə "Həmas" məsuliyyət daşıyır. Mənim orduya təlimatım imkan daxilində əməliyyatları genişləndirilməsi istiqamətindədir. Beynəlxalq aləm gərginliyi artıran tərəfin yalnız "Həmas" olduğunu anlayacaq. "Həmas"ın İsrailə açılan tunelləri ancaq bombalanaraq yox edilir. Bu əməliyyatlar "Həmas"ın atəşkəsi rədd etməsindən sonra başladı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm