İraq kürdləri Kərkükdə neft çıxarmağa başladı
Bizi izləyin

Dünya

İraq kürdləri Kərkükdə neft çıxarmağa başladı

İraq kürdləri Kərkükdə yerləşən yataqlardan neft çıxarmağa başlayıblar.

Axar.az xəbər verir ki, Kürd hərbiləşmiş birləşmələri bu il iyulun 11-də Şimalda iki neft yatağını ələ keçiriblər.
Şəhər məmurunun sözlərinə görə, kürdlər Kərkükdən çıxarılan nefti İranla sərhəddə yerləşən Xurmal şəhərinə ötürürlər.

Ötürülən neftin həcmi 20-25 min barreli ötüb keçir.

Kərkükün neft yataqlarındakı neft öz keyfiyyəti və kəmiyyəti ilə seçilməklə yanaşı, həm də yüngül neft kimi xüsusi seçilir.

Xatırladaq ki, məhz buna görə Kərkük vilayəti neft üzrə İraqın və dünyanın ən zəngin regionudur. Ehtiyat neftin miqdarı 10 milyard bareldən çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm