• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Barak Obama Ukraynadan ilk dəfə danışdı

  • Dünya
  • 29 Yanvar 2014 10:26
  • 520 Baxış
Barak Obama Ukraynadan ilk dəfə danışdı

ABŞ prezidenti Barak Obama ukraynalılara dəstək olaraq ilk bəyanatını verib.

Publika.Az –ın xarici mətbuata istinadən verdiyi məlumata görə, dövlət başçısı Konqresə illik müraciətində ABŞ-ın dinc nümayişlər keçirmək arzusunda olan Ukrayna xalqını dəstəkləyəcəyini bildirib.

"Biz Ukraynada bütün insanların öz fikrini azad və dinc şəkildə ifadə etməyə, öz ölkəsinin gələcəyində iştirak etmək hüququna malik olduğu prinsipini dəstəkləyirik”,- B.Obama deyib.

ABŞ Ukrayna xalqının avrointeqrasiya istəyini və nümayişləri dəstəkləyərək bu ölkədəki proseslərdə aktiv mövqe tutur. ABŞ-ın vitse-prezidenti Co Bayden bir müddət əvvəl Ukrayna hakimiyyətini sanksiyalarla hədələyərək fövqəladə vəziyyəti tətbiq etməməyə çağırmışdı.

Dünən isə vitse-prezident Nikolay Azarovun başçılığı ilə hökumət istefasını və 16 Yanvar tarixində qəbul olunan qərarların ləğvini alqışlayıb. Co Bayden prezident Viktor Yanukoviçi Ukraynanı Avropaya aparacaq hökuməti yaratmağa çağırıb.

B.Obama isə indiyə kimi Ukraynadakı hadisələr haqqında fikir bildirmirdi.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR