"Boeing"i vuran raketin görüntüləri yayıldı
Bizi izləyin

Dünya

"Boeing"i vuran raketin görüntüləri yayıldı

Malayziya Hava Yollarına aid təyyarənin Ukrayna səmasında separatçılar tərəfindən vurulduğunu təsdiqləyən yeni faktlar ortaya çıxıb.

ANS PRESS-in məlumatına görə, təyyarənin vurulduğu əraziyə zenit raket kompleksinin daşındığını əks etdirən fotolar yayılıb. Bu görüntülər təyyarənin vurulmasından bir neçə saat əvvəl çəkilib.

Qeyd edək ki, Malayziya Hava Yollarına aid Boeing-777 tipli sərnişin təyyarəsi Amsterdamdan Kuala-Lumpura gedərkən Donetsk bölgəsində vurulub. Təyyarədə olan 283 sərnişin və 15 ekipaj üzvünün hamısı həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm