Nigeriyada 18 nəfər öldü
Bizi izləyin

Dünya

Nigeriyada 18 nəfər öldü

Nigeriyanın şimal-şərqində yerləşən Damboa şəhərinə silahlı şəxslər hücüm edib.

ANS PRESS-in məlumatına görə, insident nəticəsində 18 nəfər həlak olub və bir çox evlərə ciddi ziyan dəyib.

Silahlı şəxslərin "Boko Haram" qruplaşmasıyla bağlılığı olduğu güman edilir.

Damboada hadisə şahidlərinin sözlərinə görə, şəhər basqından sonra tamamilə boşalıb, insanlar qonşu rayonlara qaçmağa məcbur olublar.

İki həftə əvvəl "Boko Haram" Damboada yerləşən hərbi kazarmalara hücüm etmiş və bir neşə əsgəri öldürmüşdü.

Bundan sonra yerli sakinlər müşahidəçilər qruplarının köməyi ilə şəhəri qorumaq cəhdlərinə təşəbbüs etmişdilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm