Dünya
Qəzzada İŞİD təhlükəsi
İsrail-Fələstin qarşıdurmasının qızışdırılması və tərəflərin
razılığa gələ bilməməsi istiqamətində yeni iddia ortaya atılıb.
ANS PRESS-in məlumatına görə, ötən axşam Qəzzadan son vəziyyətlə
bağlı xəbər vermək üçün "CNN TÜRK"ün canlı yayımına bağlanan "TRT"
müxbiri Məhmət Akif Ərsoy Qəzzada İŞİD təhküəsinin olduğu iddiasını
açıqlayıb.
O, İsrail ordusu fələstinlilərin evlərinə zəng edərək, "HƏMAS-a
təzyiq göstərin, qısa bir zamanda atəşkəsi qəbul etsin", deyə
xəbərdarlıq edildiyini bildirib.
"Bölgədə İsrailə qarşı vuruşan qruplardan razılığa gələnlər olsa
da, İŞİD-lə əlaqəsi olduğu deyilən sələfi qruplar isə bu
xəbərdarlıqlara məhəl qoymur. Atəşkəsin olmasını istəməyən bu qrup
sülh qərarı vaxtı İsrailə raket atır, ara qarışanda isə Qəzzada
müqavimət göstərənlərin əleyhinə hərəkət edirlər. Bunu 5 saatlıq
atəşkəs müddətində də ediblər. Belə ki, HƏMAS atəşkəsi qəbul etdiyi
halda, vaxt tamam olmadan İŞİD-lə bağlı olan qrupun 3 dəfə raket
atılması buna misal olaraq göstərilə bilər." - deyə müxbir canlı
yayımla əlaqə zamanı söyləyib.
Müxbir həmçinin bildirib ki, İsrail ordusu quru əməliyyatı
keçirmədən əvvəl bölgədəki insanlara evlərini boşaltmaları barədə
xəbərdarlıq edib.
HƏMAS isə buna cavab olaraq, "Biz də Təl-Əvivi vuracağıq. O halda,
bütün israillilər də Təl-Əvivi boşaltsınlar" - deyə qarşılıq
verib.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...