Obama: "ABŞ Ukraynaya qoşun yeritməyəcək"
Bizi izləyin

Dünya

Obama: "ABŞ Ukraynaya qoşun yeritməyəcək"

"Amerika Birləşmiş Ştatları hal-hazırda Ukrayna münaqişəsində hər hansı bir hərbi əməliyyatda iştirak etmək niyyətində deyil".

ANS PRESS-in məlumatına görə, bu haqda Ağ evdə keçirilən brifinqdə ABŞ prezidenti Barak Obama bildirib.

"Biz hələ bu prosesdə ABŞ-ın hərbi iştirakının imkanlarına baxmırıq", - deyə o, Ukraynanın şərqində vəziyyət haqqında jurnalistlərin suallına cavab verərkən deyib.

Xatırladaq ki, daha əvvəl Obama ABŞ hökumətinin "Malayziya hava yolları"na məxsus “Boeing-777”nin separatçıların nəzarət etdiyi ərazidən atılan raketlə vurulduğu haqda informasiya olduğunu qeyd etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm