Dünya
Ağ Ev Ərdoğanı təxribatçı adlandırdı
ABŞ Xarici işlər nazirliyi sözcüsü Cen Psaki gündəlik
mətbuat konfransında jurnalistin, "Baş nazir Ərdoğan Qəzzadakı
vəziyyətə bağlı danışarkən İsrailin Qəzzada dövlət terroru və
soyqırım tətbiq etdiyini söylədi. Bu mövzudakı fikriniz nədir?"
istiqamətindəki sualını, "(Ərdoğanın) Şərhlərinin qətiliklə
incidici və yanlış olduğunu düşünürük. Belə təxribat yönlü
ifadələrin faydası yoxdur və atəşkəsin təmin edilməsinə
istiqamətindən uzaqdır" deyə cavablandırıb.
Publika.az-ın məlumatına görə, Türkiyə də daxil olmaq üzrə
bölgədəki bütün ölkələrə Misirin atəşkəs təklifini
dəstəkləməklərinin daha düzgün olacağını bildirən Psaki "Deyilən
sözlər və ya hərəkətlərlə bağlı şübhəmiz olduğu təqdirdə hətta bir
NATO müttəfiqi olmağına baxmayaraq, baxışımızı dilə gətirməkdə heç
bir tərəddüd etmirik" deyə bildirdi.
Daha sonra Baş nazir Ərdoğanın İsrailin Qəzzaya istiqamətli
hücumları ilə bağlı "Yeni bir səlib yürüşü ilə qarşı-qarşıyayıq"
sözlərini xatırladaraq, jurnalistin "ABŞ İslama qarşı bu səlib
yürüşündə rol oynayırmı?" sualına ABŞ-nin belə bir marağının
olmadığını deyib.
Psaki ABŞ olaraq Türkiyəni Həmas üzərində təsirindən atəşkəs
yönündə istifadə etməsini istəyirik deyə fikrini tamamlayıb.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom