ABŞ bütün dünyanı aldadıb
Bizi izləyin

Dünya

ABŞ bütün dünyanı aldadıb

Apollon 11 — Apollon proqramı çərçivəsində insanın Ay səthinə enməsinin həyata keçirildiyi ilk uğurlu missiya. ANS PRESS-in məlumatına görə, bu uçuş Apollon layihəsi üzrə təşkil olunmuş beşinci kosmik uçuş olmaqla, əvvəlki 4 sınaq uçuşunun uğurlu yekunu idi.

45 il öncə 1969-cu il iyulun 16-da Saturn V raketi vasitəsilə Keyp Kennedi kosmodromundan qalxan Apollon 11-in heyəti komandir Neyl Alden Armstronq, idarə modulunun pilotu Maykl Kollins və ay modulunun pilotu Edvin Yucin Oldrindən ibarət idi. İyulun 20-də "İql" (Eagle) adlı Ay moduluna keçən Armstronq və Oldrin iyulun 21-də səhərin erkən saatlarında Aya ayaq basdılar, ekipajın üçüncü üzvü Maykl Kollins Ay orbitində dövr edən İdarəetmə modulunda qaldı. Ayın səthinə ilk addım atan Neyl Armstronq həmin an demişdi: "Bu, insan üçün kiçik bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır".

Bəs görəsən insanın aya ilk addım atması haqqında yuxarıdakı rəsmi məlumat nə dərəcədə doğrudur? Məsələ burdadır ki, bu gün ABŞ da daxil olmaqla bir çox dünya alimləri bütün dünya tərəfindən rəsmi qəbul edilən insanlığın bu “sıçrayışını” tutarlı isbatlarla qəbul etmirlər. Onlar bunu sadəcə ABŞ-nin SSR-nin ilk insanı kosmosa göndərməsinə ideoloji bir cavab məcbur qalıb danışdığı böyük bir yalan kimi qiymətləndirirlər. ABŞ aya adam göndərməyi hələ bacarmasa da, Hollivud studiyaları ustalıqla bunu insanlar üçün təşkil edə bilərdi.

İsbatlar sırasında bu iddialar var ki: 1. radiasiya səviyyəsi çox yüksək olan ay səthində o vaxtki aparatlarla belə ideal şəkillərin çəkilməsi mümkünsüzdür. 2 Ümumiyyətlə insanlığın bu günə qədər bu cür radiasiyada nəinki Apollon 11 astronavtları kimi qaça bilmək, heç 1 saniyə qalması üçün araşdırmaları hələ də davam edir. 3. Apollon 11 şəkillərində bir günəş işığının yerinə 3 projektor işiğının aydın sezilməsi. 4. Bu qədər təkzibə baxmayaraq ABŞ-nin bir dənə belə yeni isbat göstərməməsi. Belə ki, Hazırda Marsdan belə yüksək keyfiyyətli şəkillər çəkə bilən NASA-nın nədənsə ayda saxlanılan Apollon 11 gəmisnin bir dənə də olsun yeni şəklini təqdim etməməsi şübhə doğurur. 5. Və nəhayət məşhur bayraq isbatı. Bildiyimiz kimi hava olmayan ay səthində ABŞ bayrağının küləklə dalğalanmasının necə mümkün olması sualına NASA-dan bir dənə belə nəinki tutarlı heç tutarsız da cavab gəlməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm