Rusiyadan Fələstin açıqlaması
Bizi izləyin

Dünya

Rusiyadan Fələstin açıqlaması

Rusiyadan İsrailin Qəzzaya istiqamətli hücumları ilə bağlı rəsmi mövqe bildirilib.

ANS PRESS-in məlumatına görə, Xarici İşlər Nazirliyinin rəsmi saytında vəziyyətin pisləşməsi ilə əlaqədar dərin narahtlığını bildirən nazirlik "Tərəfləri bir daha hərbi qarşıdurmanı sona çatdırmaq üçün mümkün olan hər şeyi etməyə çağırırıq" deyə açıqlamada qeyd edilib.

Bundan əlavə yayılan məlumatda bildirilir ki, baş verən qarşıdurmada aralarında qadın və uşaqlar da olan mülki şəxslər arasında itkilərin artması ayrıca narahatlıq verir.

Şərhdə Rusiyanın gərək ikitərəfli gərəksə də digər ölkələrin iştrakı ilə Qəzzada yaşanan böhranın həlli adına müzakirələrə qatılmağa hazır olduğu qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm