İran səfiri Rusiyanı hədələdi: “Müharibə başlasa ....”
Bizi izləyin

Dünya

İran səfiri Rusiyanı hədələdi: “Müharibə başlasa ....”

“Ermənistan hökuməti İran qazının öz ərazisi ilə üçüncü ölkələrə tranziti haqda düşünür”.

Belə bir bəyanatla paytaxt İrəvanda keçirilən mətbuat konfransında İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi çıxış edib.

Jurnalistlər İran-Ermənistan qaz boru xəttinin İran ərazisindən keçən hissəsində boruların diametrinin Ermənistan ərazisindən keçən hissəsinə nisbətən daha böyük olduğunu xatırlatdıqda Rəisi deyib ki, bunun səbəbini bilmir: “Bilirsiniz, həmin boru xətti çəkiləndə lazımi qədər maliyyə yox idi. Həm də o vaxt Qara Dənizə çıxmaq və qazı Avropa ölkələrinə satmaq haqda düşünmürdük. İndi isə buna ehtiyac var”.

Mətbuat konfransında Ermənistanın Avrasiya İttifaqına daxil olması və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə də toxunulub.

Erməni jurnalistlər son vaxtlar cəbhədə Azərbaycan tərəfinin fəallaşmasından və bunun arxasında Rusiyanın dayandığından söhbət açıb, həmçinin Rusiyanın bölgəyə sülhməramlı əsgərlərini yeritmək istədiyinə işarə vurublar.

Məhəmmməd Rəisi isə bildirib ki, regionda sülhün tərafdarıdır və hər hansı xarici dövlətin qoşunların sülhməramlı kimi burada yerləşdirilməsinin qəti əleyhinədir.

Səfir həmçinin Rusiyanın Azərbaycana böyük miqdarda silah satmasına da toxunub: ”Bu, bir biznesdir. Anbarlarında yığılıb qalmış silahlarını satmaq istəyirlər. Amma müharibə başlasa, silahı satanlar da ziyan görəcək”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm