• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Moskva Kiyevdən ZRK-lərin siyahısını tələb edir

  • Dünya
  • 19 İyul 2014 11:23
  • 544 Baxış
Moskva Kiyevdən ZRK-lərin siyahısını tələb edir

Ukraynanın Donetsk vilayətində vurulan “Malaysia Airlines” aviaşirkətinin “Boinq 777” sərnişin təyyarəsi ilə bağlı Moskva və Kiyev arasında qarşılıqlı ittihamlar davam edir.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Ukraynanı malik olduğu zenit-raket kompleksləri (ZRK) barədə sənədləri ekspertlərə verməyə çağırıb.

“Hadisəni araşdıran beynəlxalq komissiyaya Ukrayna hakimiyyəti necə kömək edəcək? Bütün beynəlxalq cəmiyyət bunu gözləyir. Ukrayna silahlı qüvvələrinin nümayəndələri beynəlxalq ekspertlərə zenit-raket kompleksləri barədə sənədləri təqdim etməyə hazırdırmı? Bu, çox əhəmiyyətli məsələdir. Ukrayna hakimiyyəti tərəfindən bu addımın atılması bizə müəyyən etməyə imkan verəcək ki, “Boinq 777” sərnişin təyyarəsi hansı zenit-raket kompleksi ilə vurulub”, - Rusiya müdafiə nazirinin müavini deyib.

ABŞ kəşfiyyatının məlumatlarına əsasən, “Malaysia Airlines” aviaşirkətinin təyyarəsi “Donetsk Xalq Respublikası”nın silahlıları tərəfindən vurulub. Separatçılar isə onların 10 min metr hündürlükdən uçan təyyarəni vurmaq üçün silaha sahib olmadığını bildirib.

Dünən isə Rusiya Müdafiə Nazirliyi bildirib ki, laynerin uçuş marşrutu Ukraynanın hava hücumundan müdafiə batareyalarının atəş zonasına daxildir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR