Vurulmuş təyyarədən pul və zinət əşyaları oğurlanır
Bizi izləyin

Dünya

Vurulmuş təyyarədən pul və zinət əşyaları oğurlanır

“Malaysia Airlines” MH17 təyyarəsinin vurulması azmış kimi, indi də təyyarə qurbanlarına məxsus əşyalar qarət edilir. Bu tədqiqatların işinə maneçilik törətməklə yanaşı, qurbanların ailə üzvlərini də narahat edir.

Qəzadan sonra tədqiqatçılar ərazini dərhal nəzarətə götürə və əşyaları qoruya bilməyib. Nəticədə, silahlı separatçılar və yerli sakinlər hadisə baş verən yerə gəliblər. Çamadanlar ərazidən oğurlanıb və onların qıfılı açılıb. Qarətçilər özlərinə lazım olan əşyaları götürüb, lazımsızları isə atıblar. Atılmış əşyalar arasında uşaq oyuncaqları, ailə fotoları və pasportlar da var.

Qarətçilər pul kisəsi və kredit kartlarına üstünlük veriblər.
Hadisə yerindən olmuş fotojurnalist deyir: “Orada bir ədəd də olsun, mobil telefon, pul kisəsi və ya fotokamera yoxdur. Sanki əşyalar bir gecəyə yoxa çıxıb”.

Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü itən əşyalar arasında zinət əşyalarının da olduğunu qeyd edib. Bu səbəbdən qurbanlara məxsus kredit kartların dondurulması tövsiyə edilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm