• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

MOSSAD-ın Sisi planı, yaxud Ankaranı necə dayandırmaq olar?

  • Dünya
  • 19 İyul 2014 13:59
  • 1 150 Baxış
MOSSAD-ın Sisi planı, yaxud Ankaranı necə dayandırmaq olar?

“Qəzzada dünyanın gözləri qarşısında uşaqları raketlərlə öldürən İsrailə ABŞ, Fransa, İngiltərə və Almaniya açıq dəstək verir. Qəzzadakı vəhşiliyi İsrail ilə birlikdə planlayan Sisinin ünvanına təriflər yağdırılması da onların çirkin niyyətlərini açıq göstərir”.

Publika.az-ın verdiyi xəbərə görə, bu sözlər Türkiyənin “Yeni Şafak” qəzetinin İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatla bağlı yazısında yer alıb.

Həmin yazını təqdim edirik:

Parisdən sonra Angela Merkel və Con Kerri də Misirin atəşkəs planını müdafiə etdi. Təl-Əviv ilə eyni dildə danışan Misir xarici işlər naziri isə “Türkiyə, Qətər və Həmas atəşkəs səylərimizə mane oldu” dedi.

Dünyanın gözü qarşısında Qəzzada körpə, uşaq, qadın və yaşlı demədən fələstinliləri Misirdəki xunta ilə birlikdə soyqırıma məruz qoyan İsrailə kimlərin dəstək verdiyi bir-bir ortaya çıxır. Bütün dünyanın gözləri qarşısında kiçik uşaqları raketlərlə öldürən İsrailə ABŞ, Fransa, İngiltərə və Almaniya dünən açıq dəstəyini bir daha ifadə etdi. Bu ölkələrin bir məqsədi də fələstinlilərə qarşı hücumları İsrail ilə birlikdə planlaşdıran Sisi xuntasına etibar qazandırmaqdır. Fransa xarici işlər naziri Laurent Fabius bu məqsədlə dünən Qahirəyə getdi.

ABŞ-dan qətliam taktikası

Əbdülfəttah əl-Sisinin atəşkəs planını dəstəkləyən Almaniya baş naziri Angela Merkel İsrailə “yanındayıq”, Misir xarici işlər naziri Semih Şükrü isə “Türkiyə, Qətər və Həmas liderlik etdiyimiz atəşkəs cəhdinə maneə oldu” dedi. Ancaq Şukrünü təkzib edən Fələstin İnformasiya Nazirliyinin sözçüsü Həmasın atəşkəslə bağlı Misirdən heç bir çağırış almadığını açıqladı. İsrail Qəzzaya qarşı təşkil etdiyi quru əməliyyatlarında ABŞ-ın taktikasından istifadə etdi. Sisinin təklif etdiyi atəşkəsin qüvvəyə minməsini istədiyini söyləyən ABŞ dövlət katibi Con Kerri İsrail baş naziri Netanyahuya quru əməliyyatın çox reaksiya doğurmaması üçün “sadə bir əməliyyat”a ehtiyac olduğunu bildirdi.

Fransa xarici işlər naziri Fabius Qəzzada atəşkəsin təmin edilməsi və Qahirənin təklif etdiyi atəşkəs razılaşmasının detallarını müzakirə etmək üçün dünən Misirə getdi. Qahirədə misirli həmkarı Semih Şükrü ilə görüşən Fabius “Biz həm ərəb birliyinin, həm də İsrailin qəbul etdiyi Misirin atəşkəs təklifini dəstəkləyirik. Ancaq çox təəssüf ki, Həmas bu təklifi hələ də qəbul etməyib” söylədi.

Merkel və Obamadan qətliama dəstək

ABŞ prezidenti Barak Obama İsrailin Qəzzada başladığı quru əməliyyatına dəstək verərək, dinc insanların ölümlərinin azaldılmasını istədi. Obama Ağ Evdə təşkil etdiyi mətbuat konfransında İsrail baş naziri Netanyahu ilə telefonda danışdığını və İsrailin özünü müdafiə etməyə haqqı olduğunu bir qeyd etdi.

Almaniya baş naziri Angela Merkel “Həmasın əlində yeni silahlar var. Hücuma məruz qalan ölkənin özünü müdafiə etmə haqqı var” deyərək qətliama açıq dəstək verdi.

MOSSAD-ın Sisi planı

İsrail Qəzzaya törətdiyi qırğından Misirdəki xunta rejiminin lideri Əbdülfettah əl-Sisini qanuniləşdirmək üçün istifadə etməyə çalışır. İsrail düşdüyü diplomatik və hərbi bataqlıqdan çıxmaq üçün ümidimi xunta rejiminə Sisiyə bağlayıb. Qəzzanın yeganə nəfəs borusu olan “Rifah” sərhəd qapısının hücum zamanı bağlı saxlanılması üçün İsrail kəşfiyyat xidməti MOSSAD-ın rəhbəri Tamir Pardo son 12 gündə üç dəfə Qahirəyə gedib.

“Türkiyəni dayandırın”

İddiaya görə, Sisinin prezident seçildiyi tarixdən indiyə kimi 4 dəfə Misirə gedən T.Pardo Qahirəyə regional rol verməyə hazır olduqları barədə mesaj verib. İsrailli mənbələrdən əldə olunan məlumata görə, İsrailin kəşfiyyat şefinin Misirə son səfərində Misir rəhbərliyinə “Ərəb Liqası ölkələrini toplayın və atəşkəs çağırışı edin. Qəzza qarşı tətbiq olunan embarqonu sizin çağırışınız ilə yüngülləşdirək. Bundan sonra isə regional rolunuz artacaq. Beləliklə, Türkiyənin islam ölkələri üzərindəki təzyiq diplomatiyası dayanacaq” deyib.

“Mavi Mərmərə” hadisəsi ilə əlaqədar Türkiyə ilə İsrail arasında əlaqələr ən aşağı səviyyəyə düşürülmüşdü. İsrailin Ankaradan üzr istəməsindən sonra İsrail MOSSAD-ın rəhbəri Pardonu Ankaraya göndərmək istədi. Pardonun Ankaraya gəlmək üçün mesaj göndərdiyi, ancaq bu istəyinin geri çevrildiyi deyilir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR