Ruslar sanksiyalardan qorxmur, ortada İran nümunəsi var
Bizi izləyin

Dünya

Ruslar sanksiyalardan qorxmur, ortada İran nümunəsi var

Amerikanın Rusiyaya sanksiyalar tətbiq etməsi heç nəyi dəyişməyəcək.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı rusiyalı ekspertlər İranı nümunə gətirirlər.

ABŞ 1990-cı illərin ortalarından etibarən terrorizmi dəstəkləmək və nüvə silahı yaratmaq ittihamları ilə bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq edib.

2012-ci ildə isə BMT-nin Təhlükəsizlik Şurasında yeni sanksiyalar qəbul edilib. Nəticədə İran beynəlxalq bank sistemi olan “SWIFT”ə qoşulmaqdan məhrum olub. Həmçinin ölkənin neft məhsullarının Avropa ölkələrində və ABŞ-da satışına qadağa qoyulub.

Düzdür, İran iqtisadiyyatına ziyan dəyib, amma bu, ABŞ-a da təsirsiz ötüşməyib.

1995-ci ildən 2012-ci ilədək qadağa ucbatından ABŞ büdcəsi 175 milyard dollar ziyan görüb. Avropa ölkələrindən isə bu sanksiyalara görə ən çox zərər görən Almaniyadır: təxminən 73 milyard dollar.

Amma nəticədə 20 il ərzində İran iqtisadiyyatı inkişaf edərək dünya üzrə ilk 20-yə girdi və nanotexnologiya sahəsində böyük uğurlar qazandı. İran bu gün aqrar təsərrüfatı və maşınqayırma sahəsinə görə Asiyada lider mövqe tutur.

Rus ekspertlərin fikrinə görə, taktiki cəhətdən ABŞ uduzub. Sanksiyalardan qazanclı çıxan isə Çin olub. Çünki Çin iqtisadiyyatı, demək olar ki, İran nefti və qazı ilə dirçəlib.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm