Cəsədlər 25 kvadrat kilometr ərazidə axtarılır
Bizi izləyin

Dünya

Cəsədlər 25 kvadrat kilometr ərazidə axtarılır

“Malaysia Airlines” aviaşirkətinin “Boinq 777” sərnişin təyyarəsinin Ukrayna səmasında vurulması nəticəsində ölənlərin 186-nın cəsədi tapılıb.

Publika.az-ın “RBK-Ukrayna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətindən bildirilib.

Axtarış-xilasetmə işləri üçün 25 kvadrat kilometr ərazi müəyyənləşdirilib və artıq 18 kvadrat kilometr ərazidə işlər başa çatdırılıb. Xəbərdə həmçinin bölgədəki 2,1 kvadrat kilometr sahəsi olan su anbarının da dalğıclar tərəfindən axtarıldığı deyilir.

Xatırladaq ki, təyyarədə 15-i ekipaj üzvü olmaqla, ümumilikdə 298 nəfər olub. Onlardan heç biri sağ qalmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm