Yanukoviçin partiyasından olan deputat özünü asdı
Bizi izləyin

Dünya

Yanukoviçin partiyasından olan deputat özünü asdı

Yerli şəhər polisi deputatın öz iş otağında asılı vəziyyətdə tapıldığını deyib

Ukraynanın Kramatorsk şəhər sovetinin hakim Regionlar Partiyasının deputatıViktor Palaquta intihar edib.

Anspress-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, deputat iş otağında asılı vəziyyətdə tapılıb. Yerli şəhər polisi intiharın motivləri haqqında hələlik heç bir məlumat verməyib.

Palaqutanın son zamanlar sağlamlıqla bağlı ciddi problemləri var idi. Bəzi ehtimallara görə, deputat bu səbəbdən intihara cəhd edib.

Qeyd edək ki, Viktor Palaquta Kramatorsk şəhər sovetinin hakim Regionlar Partiyasının deputatı idi. O, memarlıq və inşaat, torpaq münasibətlərinin tənzimlənməsi məsələləri daimi komissiyasının üzvü idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm