19 miqrant tüstüdən boğuldu
Bizi izləyin

Dünya

19 miqrant tüstüdən boğuldu

Aralıq dənizində italyan xilasedicilər Şimali Afrikadan gələn miqrantların gəmisində həlak olmuş 19 nəfərin cəsədini aşkar ediblər.

ANS PRESS-in məlumatına görə, həlak olmuşlar nasaz mühərrikin tüstüsündən boğulublar. Gəmidə olanlardan iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Analoji hadisə iyun ayında da baş vermişdi. Həmin vaxt 45 miqrant dünyasını dəyişmişdı.

İtaliya hakimiyyəti bildirir ki, keçən il ərzində ölkənin cənubuna 60 mindən çox miqrant gəlib.

Son məlumatlar göstərir ki, 2014-cü il İtaliyanın cənubuna gələn qeyri-leqal miqrant sayında yeni rekord qeydə alına bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm