Təyyarəni vuranlar tapıldı
Bizi izləyin

Dünya

Təyyarəni vuranlar tapıldı

Ukrayna Təhlükəsizlik Xidməti Malayziya təyyarəsinin Snejni şəhərindən atılan raketlə vurulduğunu açıqlayıb.

ANS PRESS-in məlumatına görə, “Malaysia Airlines”-ə məxsus "Boeing-777" təyyarəsinin vurulması barədə açıqlamanı Ukrayna Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat departamentinin rəhbəri Vitali Nayda bu gün Kiyevdə keçirilən brifinqdə bildirib:

"İstintaqın ilkin materialları onu göstərir ki, raket terrorçular tərəfindən nəzarət edilən Snejni şəhəri ərazisindən atılıb. Biz raketin haradan atıldığı yeri dəqiq bilirik. İndi biz çalışırıq ki, hadisə baş verən yerə gedək və sübutları yığaq. Hazırda orada döyüşlər gedir ".

Nayda iddia edib ki, raketi Rusiya hərbi mütəxəssisləri atıb. Əmri isə İqor Bezler (Bes) terrorçu döyüşçülər qrupunun rəhbəri verib:

"Rusiya bizə raketi atan şəxslərin adlarını verməyə məcburdur"

Qeyd edək ki, sosial şəbəkədə "Boeing-777" təyyarəsini vuran zenit-raket kompleksinin videosu yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm