İŞİD liderinə Türkiyədə 150 min dollar veriblər
Bizi izləyin

Dünya

İŞİD liderinə Türkiyədə 150 min dollar veriblər

Türkiyənin “Aydinlıq” qəzetinin verdiyi məlumata görə, 2008-ci ildə İŞİD lideri Əbubəkr Əl-Bağdadi Türkiyəyə gəlib və ona maddi yardım edilib.

Axar.az xəbər verir ki, məqalədə İŞİD liderinə ictimaiyyətdə tanınmış bir adamın 150 min dollar verdiyi bildirilir. Həmin adamın adı açıqlanmır.

Qeyd edək ki, məqalədə Əbubəkr Əl-Bağdadinin Türkiyəyə gizli yollarla deyil, jurnalist qismində gəldiyi bildirilir.

Onu da bildirək ki, maddi yardım edənin adı çəkilməsə də, onun məşhur yardım fondlarının birinin başçısı olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm