“NATO-dan real addımlar gözləyirik”
Bizi izləyin

Dünya

“NATO-dan real addımlar gözləyirik”

Gürcüstan NATO-dan real və gerçək addımlar gözləyir. Bunu “Acariya” telekanalının efirində Gürcüstan prezidenti Georgi Marqvelaşvili bəyan edib.

Gürcüstanın NATO üçün böyük əhəmiyyətə malik olduğunu deyən G. Marqvelaşvili qeyd edib ki, bu, təkcə ölkəsinin alyansla eyni dəyərləri bölüşməsi ilə bağlı deyil.

“Biz bölgədə ciddi geosiyasi rol oynayırıq. NATO üçün isə regionumuzdakı sabitlik böyük əhəmiyyət kəsb edir”, - deyə o vurğulayıb.

Gürcüstan prezidenti bildirib ki, NATO Gürcüstanın əldə etdiyi tərəqqini təkcə şüarlarla tanımamalıdır, eyni zamanda real inteqrasiyanı və ölkənin müdafiə imkanlarının gücləndirilməsini təmin etməlidir. /ANS PRESS/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm