Ramzan Kadırov Doku Umarovun ölmüş şəklini yaydı
Bizi izləyin

Dünya

Ramzan Kadırov Doku Umarovun ölmüş şəklini yaydı

Terrorçu Doku Umarovun həlak olmasının növbəti sübutunu Çeçenistan prezidenti Ramzan Kadirov edib.

ANS PRESS-in məlumatına görə, Kadirov öz "Instagram" səhifəsində öldürülmüş terrorçunun şəkilini yayıb.

Xatırladaq ki, Qafqaz terrorçularının liderinin aradan götürülməsi və terrorçunun öldürülməsi haqqında Kadirov Soçi Olimpiadasından əvvəl xəbər vermişdi. Soçi Olimpiadasında təhlükəsizliyin təmin olunmasına görə, həmin vaxt Kadırovun dedikləri inandırıcı sayılmamışdı. Belə ki, bir çoxları Ramzan Kadirovdan daha etibarlı subutlar tələb edirdi.

Bu ilin aprel ayında Umarovun həlak olması faktını Rusiya Federal Təhlükəsizlik Xidmətinin başçısı Aleksandr Bortnikov təsdiq edib. Amma Kadirov öz növbəsində, terrorçunun cəsədini tapmağa söz vermişdi.

Kadırov yaydığı fotoya belə şərh verib:

"İndi kim inanmaq istəyərdi ki, bu siçovul hələ sağdır, ölümdən sonra biz onu göstərə bilərik".





Oxumağa davam et
Reklam
Reklam

Gündəm