Merkel Putinlə razılaşdı
Bizi izləyin

Dünya

Merkel Putinlə razılaşdı

Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putini Ukraynada separatçılara təsir etməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, Merkel telefon danışığında Rusiya prezidentindən separatçıların atəşin dayandırılmasına getməyə razı salmasını tələb edib.

Telefon söhbətinin gedişatında Putin və Merkel razılaşıblar ki, Ukraynada barışığın əldə olunması üçün Rusiya, Ukrayna və ATƏT-in birgə qrupunun təcili görüşü keçirilməlidir.

Almaniya və Rusiya liderləri telefon danışığında Ukraynanın şərqində qəzaya uğrayan sərnişin təyyarəsi barədə müzakirə aparıblar. Putin razılaşıb ki, araşdırma bütün əlaqədar tərəflərin iştirakı ilə aparılmalıdır".

Tərəflərin bu məsələdə razılığa gəldiyini Kremlin mətbuat xidməti təsdiqləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm