
İsrail-Fələstin qarşıdurması səngimək
bilmir.
ANS PRESS-in məlumatına görə, iki həftədir davam edən qanlı
qarşıdurmada HƏMAS müqavimət hərakatının hərbi qolu “İzzəddin
əl-Qəssam” briqadası İsrail əsgərlərini iki yerdə pusquya salaraq,
14 yəhudi əsgərini öldürdüyünü açıqlayıb.
İsrail ordusu isə bir zabit və iki əsgərlərinin HƏMAS qüvvələri
tərəfindən öldürüldüyünü bildirib. Ölən hərbiçilərin 45 yaşlı Mayor
Amotz Qrinberq və 20 yaşlı çavuş Adar Bersano olduğu açıqlanıb.
Qrinberq və Bersanonun HƏMAS-ın Qəzzadan İsrailə açdığı atəş
nəticəsində öldüyü deyilir.