Avropada İsrail bayrağı endirildi (FOTO)
Bizi izləyin

Dünya

Avropada İsrail bayrağı endirildi (FOTO)

İrlandiyada təşkil edilən yelkənli qayıqlararası çempionatda İsrailin dövlət bayrağı endirilib.

ANS PRESS-in məlumatına görə, İrlandiyalı bələdiyyə məclisi üzvü və siyasətçi Hyu Luyis ölkədə təşkil edilən yelkənli qayıqlararası çempionatda qalmaqallı addım atıb. Belə ki, İrlandiyanın şərqindəki Dan Liri limanında təşkil edilən 16 yaşlılardan ibarət Avropa yelkənli qayıqlararası çempionatda iştirak edən 44 ölkənin bayrağının asıldığı meydana nərdivan gətirən Luyis, İsrail bayrağını dirəkdən endirdib. Bu barədə İrlandiyanın "Irish Independent" qəzeti məlumat yayıb.

Luyis hadisədən əvvəl bayrağın endirilməsini tələb etsə də, ona məhəl qoyan olmayıb. Nəhayət, özü bunu etməyi qərara alıb. Sosial şəbəkədə hadisənin fotoşəkilin paylaşan Luyis bu sözləri qeyd edib:
"Sadəcə bu gün Qəzzada 14 nəfər ölüb. Fələstin üçün ədalət tələb edin".

Qeyd edək ki, iki həftədir davam edən İsrail-Fələstin qarşıdurmasında hər iki tərəfdən itkilər verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm