Dünya
Almaniyada yenidən “yəhudilərə ölüm” şüarı (FOTO)
Son günlərdə Almaniyanın Berlin, Frankfurt və digər şəhərlərində
kütləvi anti-israil nümayişləri baş qaldırıb.
ANS PRESS-in məlumatına görə, nümayişlər zamanı antisemit
(yəhudilərə qarşı nifrət olan) şüarlar da səslənib. İsrail
mətbuatının yaydığı xəbərdə bildirilir ki, nümayişlər zamanı
“yəhudilərə ölüm” və “yəhudilər, Almaniyadan rədd olun” şüarları
yer alıb.
Mitinqlərə müsəlman immiqrantlar və Almaniyanın əsas partiya
nümayəndələri olan Anarxistlər, sosial demokratlar və neonasistlər
cəlb olunublar. Hadisələr Almaniya ilə yəhudilər arasında böyük
narahatlıq doğurur. Artıq uzun illərdir ki, onlar belə
genişmiqyaslı və açıq antisemitizmlə rastlaşmayıblar.
İsrailin “Cursorinfo” agentliyinin xəbərində bildirilir ki, ölkədə
antiisrail və antisemist əhval ruhiyyənin doğulmasında Almaniya
mətbuatının da böyük rolu var. “Kol İsrail” radiosunun müxbiri qeyd
edib ki, “Almaniya KİV axır zamanlar demək olar ki, İsrailin raket
atəşinə tutulması barədə heç bir xəbər vermirlər. Bu da elə bir
təəssürat yaradır ki, İsrail tamamilə bilinməyən səbəblərdən dinc
ərəbləri öldürür”.
Bu arada Frankfurt Xristian Demokrat İttifaqı (XDİ) filialının
rəhbəri yəhudi Uve Beker şəhərdə antisemit ifadələrin qarşısının
alınması üçün polisə yazılı müraciət edib. Bundan əlavə XDİ üzvləri
Frankfurtda antisemit ab-havasına iradlarını bildirmək üçün yəhudi
icması ilə görüş təşkil edəcək.
Qeyd edək ki, son günlər Avropanın bir çox aparıcı şəhərlərində
İsrail əleyhinə nümayişlər keçirilib. İsrail Xarici İşlər Nazirliyi
ümumiyyətlə vətəndaşlarının Türkiyə səfərinə tövsiyyə verməməsi
barədə xəbər yayıb.
Son məlumatlara əsasən, İsrailin Qəzzaya havadan, dənizdən və quru
əməliyyatı ilə hücumu zamanı 83-ü uşaq, 32-si qadın olmaqla, 345
nəfərin dünyasını dəyişdiyi, 2 560 nəfərin isə yaralı olduğu
bildirilir.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI