Azərbaycanlılar Afrikaya Ramazan sovqatı göndərdi (FOTO)
Bizi izləyin

Dünya

Azərbaycanlılar Afrikaya Ramazan sovqatı göndərdi (FOTO)

Hər il ənənəvi olaraq, Afrika ölkələrində xeyriyyə fəaliyyətlərini davam etdirən Gəncliyə Yardım Fondu bu il də Ramazan ayı günlərində Afrikanının yerli ictimai birliyi olan REHEMA təşkilatının təşkilatçılığı ilə Tanzanya, Zanzibar bölgələrində yaşayan kasıb ailələrə ərzaq yardımları göndərib.

ANS PRESS-in məlumatına görə, bu günlərdə fondun üç əməkdaşı Tanzanıyanın Darussalam şəhərinə ziyarət ediblər. Ziyarət əsanasında azərbaycanlı xeyriyyəçilərin maddi dəstəyi ilə hazırlanan 2500 ərzaq yardımı 3 gün ərzində nəzərdə tutulmuş bölgələr ziyarət edilərək ailələrə təslim edilib. Ərzaq paketlərini alan ailələr mübarək Ramazan ayı günlərində onlara göstərilən diqqət və qayğıdan məmnun qalıblar.

Yerli əhali ilə görüşən fond nümayəndələri bu mübarək günlərdə Afrikada yaşayan müsəlman bacı və qardaşlarının yanında olmalarından böyük sevinc hissi keçirdiklərini bildiriblər.

Onlar qeyd ediblər ki, bundan sonra da təmsil etdikləri fond onları yaddan çıxarmayacaq və bu uğurlu fəaliyyətlər davam etdiriləcək.











Oxumağa davam et
Reklam
Reklam

Gündəm