ABŞ: "İŞİD-in zülmünü ən qüvvətli şəkildə qınayırıq"
Bizi izləyin

Dünya

ABŞ: "İŞİD-in zülmünü ən qüvvətli şəkildə qınayırıq"

"İŞİD-in Mosuldakı xristianlara qarşı ya dinlərini dəyişdirəcəkləri, vergi ödəyəcəkləri, ölkəni tərk edəcəkləri, ya da edam ediləcəkləri istiqamətindəki son açıqlamasınndan qəzəbləndik. Həmçinin Mosuldakı xristian evlərinin üzərlərinə xristianları alçaldıcı ifadələrin yazıldığına dair fotoşəkilləri də gördük.

Bu mənfur hərəkətlər İŞİD-in İraqı bölmək və yox etmək missiyasını bir daha ortaya qoyur və İslam dininin xoşməramlı və sülh içində bir yerdə yaşamaq ruhuna əksdir."

FaktXəbər-in məlumatına görə, belə bir açıqlamanı ABŞ Xarici İşlər Nazirliyinin mətbuat katibi Jen Psaki verib.

Psaki açıqlamasında İŞİD-in yalnız İraqın sabitliyinə deyil, bütün bölgəyə təhdid yaratdığını vurğulayaraq, "bu artan təhdid müxtəlif millətlərə və təriqətlərə mənsub iraqlıların ortaq düşmənə qarşı mübarizə aparmaq üçün birlikdə çalışması və bu terror qruplarını əhalidən uzaqlaşdırmaq üçün mümkün olan hər addımı atması ehtiyacını göstərir", - deyir.

Qeyd edək ki, Pskanin belə bir açıqlama verməyinə səbəb İŞİD terrorçularının İraqda yaşayan xristianları hədələməsidir. İŞİD terrorçuları xristianları hədələyərək, onlar qarşısında 2 yol qoyublar: ya dinlərini dəyişəcək, vergi ödəyəcək, ölkədən çıxacaqlar, ya da edam olunacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm