İsrail yenə bombaladı: 40 ölü
Bizi izləyin

Dünya

İsrail yenə bombaladı: 40 ölü

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzzanın Şəcaiyyə səmtini bombalayıb. ANS PRESS-in məlumatına görə, bölgə həmçinin artilleriya atəşinə tutulub. İlkin məlumatlara görə, ən azı 40 nəfər ölüb, 400-dən çox adam yaralanıb. Onların çoxunun qadın və uşaq olduğu bildirilir.

Bombardman zamanı yaralıların daşındığı xəstəxanalardan birinə də zərbə endirilib. Küçələrə səpələnmiş cəsədləri və yaralıları götürmək üçün əraziyə girmək istəyən təcili tibbi yardım maşınlara atəş açılır. Ona görə də son bombardman nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.

Şəcaiyyə səmtinin sakinlərinin evləri tərk edərək Qəzzanın digər bölgələrinə üz tutduğu bildirilir.
“Həmas” hərəkatı bölgədəki yaralılara kömək etmək üçün İsraildən 3 saatlıq atəşkəs elan edilməsini istəyib. Rəsmi Təl-Əviv isə bunu rədd edib.

Son məlumatlara görə, Qəzzada ölən fələstinlilərin sayı 370 nəfəri keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm