• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Kiyev separatçılarla razılığa gəldi (FOTO)

  • Dünya
  • 20 İyul 2014 20:49
  • 457 Baxış
Kiyev separatçılarla razılığa gəldi (FOTO)

Ukrayna hökuməti və rusiyapərəst silahlılar Malayziyaya məxsus Boeing 777 təyyarəsinin qəzaya uğradığı ərazidən sərnişinlərin cəsədlərinin ukraynalı mütəxəssislər və ATƏT müşahidəçiləri tərəfindən götürülərək ekpertizaya aparılması barədə razılığa gəlib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna baş nazirinin müavini Vladimir Qroysman açıqlama verib.

Onun sözlərinə görə, ərazidən cəsədlərin çıxarılması və müayinəsi üçün Ukrayna tərəfinin bütün imkanları var. “Biz sadəcə avialaynaerin düşdüyü bölgəyə göndərəcəyimiz mütəxəssislərin təhlükəsizliyinə göə narahatıq”, deyə Vladimir Qroysman bildirib.

Qeyd edək ki, iyulun 17-də axşam saatlarında Ukraynanın Donetsk vilayətində göyərtəsində 298 nəfərin olduğu Malayziyaya məxsus sərnişin təyyarəsi qəzaya uğramışdı. Hadisə nəticəsində sağ qalan olmayıb. Hazırda 196 cəsədin tapıldığı bildirilir.



















Xəbər lenti

DAHA ÇOX XƏBƏR