"İsrailə yanacaq satmırıq" (FOTO)
Bizi izləyin

Dünya

"İsrailə yanacaq satmırıq" (FOTO)

"Türkiyə olaraq hər hansı bir neft və hər hansı bir reaktiv yanacağı satışını İsrailə reallaşdırmırıq".

ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız bildirib.

Nazir Bakı-Tiflis-Ceyhan (BTC) Xam Neft Boru kəmərindən dünya bazarlarına çıxarılan neftin 2 milyard barelə çatması səbəbindən BTC Ceyhan Dəniz Terminalında təşkil edilən "BTC 2 milyard barrel sevinci" proqramına qatılıb.

Yıldız etdiyi açıqlamada bildirib ki, BTC bu günə qədər 2 milyard barel yuk nəql edib, bu baxımdan keçirilən mərasim böyük əhəmiyyət daşıyır.

Strateji bir layihə olan BTC-də axan neftin yüzdə 6,75 faizinin TPAO-ya aid olduğunu bildirən Yıldız bunun gələcəkdə 30 milyon barrelə çatacağını qeyd edib.

Keçən ay təbii gazla əlaqədar Türkiyənin xaricindəki hissələrinin yüksəldilməsi üçün TOTAL-in yüzdə 10 hissəsinin alındığını xatırladan Yıldız, bu vəziyyətin Türkiyənin irəliləyən, böyüyən, inkişaf edən iqtisadiyyatından irəli gəldiyini vurğulayıb.

Enerji dəhlizi ilə Türkiyənin hər keçən gün daha da güclü iqtisadiyyata malik olduğunu vurğulayan Yıldız sözlərini belə davam edib: "Bundan sonra edəcəyimiz TANAP layihəsi bunlardan bir dənəsi olacaq. Türkiyənin şərqində və şimalında dünya ehtiyatlarının yüzdə 70-i var. Dərhal qərbdə bunun istehlak nöqtələrinin haradasa yüzdə 70-i var. Türkiyə coğrafiyasında qaynaqlanan üstünlükləri son dərəcə yerində istifadə edəcək. Bu gün Kərkük-Yumurtalıq Xam Neft Boru xəttinin BTC kimi daha tutumlu olacağına inanıram"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm