• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Putin “G 20” sammitinə də buraxılmayacaq

  • Dünya
  • 20 İyul 2014 22:57
  • 546 Baxış
Putin “G 20” sammitinə də buraxılmayacaq

Avstraliyanın baş naziri Toni Ebbot əgər Rusiya Donetsk vilayətində “Boeing 777” sərnişin təyyarəsinin qəzaya uğrama səbəblərini aydınlaşdırmağa mane olarsa və ya buna kömək etməzsə, prezidenti Putini “Böyük 20-lər”in sammitinə buraxmayacağı ilə hədələyib.

Publika.az-ın newsru.com-a istinadən verdiyi məlumata görə, Kreml başçısına qarşı analoji diplomatik de-marş həmçinin, qəzada rusiyayönlü separatçıların əlinin olmasının təsdiqlənəcəyi halda tətbiq ediləcək.

Moskva “əməkdaşlığa hazır olub-olmamaq” testindən ilk olaraq sabah – BMT Təhlükəsizlik Şurasında (TŞ) keçməli olacaq. Belə ki, “Reuters”in məlumatına görə, Avstraliya TŞ-nin gündəliyinə qətnamə layihəsi təklif edib. Sənəddə mülki laynerə hücum pislənilir və separatçılardan beynəlxalq təftiş üçün hadisə yerinə region ölkələrini təmsilçilərinin buraxılması tələb edilir.

“G 20” sammiti noyabrın 15-16-da Avstraliyanın Brisben şəhərində keçiriləcək. Xatırladaq ki, vurulan təyyarədəki sərnişinlərdən 28-i Avstraliya vətəndaşı olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR