Kerri Qəzzaya görə narahatdır
Bizi izləyin

Dünya

Kerri Qəzzaya görə narahatdır

ABŞ Dölət katibi Con Kerri canlı efirdə özü də bilmədən İsrailin Qəzzada törətdiyi bombardımandan narahat olduğunu bütün dünyaya çatdırıb.

ANS PRESS-in xəbərinə görə, yerli “FOX” telekanalında qonaq olan Kerriyə çıxış vaxtı Dövlət departamentindən zəng vurulur. Mikrofonu açıq unudan Dövlət katibinin danışdıqları isə efirdə əks olunur.

Kerri İsrailin Qəzzada tunelləri bombardıman etməsi barədə iddialar qarşısında kinayəli şəkildə iki dəfə, “yaman da nöqtə hədəfi əməliyyatıdır” – deyir. Nazirlik əməkdaşı isə, “Bəli, bu gərginliyi ciddi ölçüdə çoxaldır və atəşkəsin vacibliyini zəruri edir” – deyə cavab verir. Kerri öz növbəsində, “Bunun öhdəsindən gəlməliyik. Məncə bu axşam getməliyik, burda gözləmək çılğınlıqdır” – deyir və telefon danışığı burda başa çatır.

Proqram aparıcısının suallarına isə, Kerri İsraili müdafiə edərək cavab verir. İsrailin, Həmasın raketləri qarşısında özünümüdafiə hüququ olduğunu deyən Kerri hadisələrin 3 yəhudi gəncin ölümündən sonra başladığını bildirərək bunun biabırçılıq olduğunu deyib.

Kerri nazirlik əməkdaşı ilə olan danışığını isə mülki əhalinin və uşaqların ölümü ikə əsaslandırıb və İsrailin tunellərə qarşı başlatdığı əməliyyatları dəstəklədiyini vurğulayıb. Həmçinin İsrailin atəşkəsi qəbul etdiyini deyən Kerri Həmasın da analoji addımı atmalı olduğunu deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm