Separatçılar 2 yüksək çinli milis podpolkovnikini oğurladı
Bizi izləyin

Dünya

Separatçılar 2 yüksək çinli milis podpolkovnikini oğurladı

Terrorçular Luqansk vilayətində 2 yüksək rütbəli milis əməkdaşını oğurlayıblar.

Bu barədə məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin Luqansk vilayəti üzrə sözçüsü Tatyana Poqukay öz facebook səhifəsində yazıb.

Xəbər verilir ki, kamuflyaj formada olan naməlum silahlı şəxslər Luqansk milis idarəsinin istintaq şöbəsinin rəisi, podpolkovnik Vladimir Dyaçenkonun evinə soxularaq əllərini qandallayıblar. Sonra onu zorla naməlum istiqamətdə aparıblar.

Eyni zamanda, milis podpolkovniki A. Mançev də elə həmin şəxslər tərəfindən oğurlanıb.

Yüksək rütbəli milis əməkdaşlarının harada olmaları barədə hələlik heç bir məlumat yoxdur.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, separatçıların əsirliyində 396 insan var.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm