113 kiloluq ayını belə xilas etdilər – FOTOLAR
Bizi izləyin

Dünya

113 kiloluq ayını belə xilas etdilər – FOTOLAR

Kaliforniya ştatında, Taxo gölünün üzərindəki körpüdə qəribə hadisə baş verib.

Publika.az xəbər verir ki, sakinlər 25 metr hündürlüyü olan körpünün alt tərəfində 113 kiloluq ayının ilişib qaldığını seziblər. Hadisə barədə xilasedicilərə məlumat verilib. Ayı bu hündürlükdən gölə düşsə, onun sağ qalmaq şansı yox idi.

Vəhşi heyvanı xilas etmək üçün onu əvvəlcə trankvilizator gülləsi ilə vurub yatırdıblar. Sonra körpünün altına tor çəkiblər. Oyanan zaman ayı tora düşüb. Onu yuxarı çəkib, sonra isə təbiətə buraxaraq azad ediblər.

Publika.az ayının xilas edilməsi anından fotoları təqdim edir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm