Dünya
Ərdoğanın qalmaqallı Davos çıxışı qurama olub - Video
Ərdoğanın Davosdakı çıxışının məsləhətçiləri tərəfindən hazırlandığı iddia edilib.
Axar.az xəbər verir ki, AKP-nin qurucularından biri, Rəcəb Təyyib Ərdoğanın Milli Türk Tələbə Birliyində müəllimi olmuş keçmiş millət vəkili professor Nevzat Yalçıntaş türk mətbuatına şok açıqlama verib. Onun bildirdiyinə görə, Ərdoğanın Davosdakı çıxışı zamanı "one minute" (bir dəqiqə) deməsi əvvəlcədən Baş nazirin məsləhətçiləri tərəfindən hazırlanıbmış.
Sonra Yalçıntaş Ərdoğanın Davos çıxışı barədə daha ətraflı danışıb:
"Davosda Türkiyəni təmsil edən lider eyni
masada oturduğu adama sərt sözlər dedi. Sonra onun həyəcanlı halda
platformanı tərk edərkən reaksiyalarına nəzər yetirin. Fikrimcə, bu
ssenarini Baş nazirin məsləhətçiləri hazırlayıb. Mənim gəldiyim
qənaət belədir. Bu kimi şeylər film səhnələrində olur. Real
siyasətdə sərt, kəskin ifadələr bəzən işlənir. Ancaq qarşı tərəfin
cavabı gəldikdən sonra toplantı davam edir. Yenə deyirəm, siyasi
danışıqları dramatik hala gətirmək yalnız filmlərdə baş
verir”.
Xatırladaq ki, Türkiyənin Baş naziri 2009-cu ildə Davos iqtisadi forumunda keçirilən toplantıda prezident Şemon Peresə sərt sözlər deyərək İsrailin apardığı siyasəti kəskin tənqid etmişdi. Bunun ardınca çıxışı zamanı moderatorun ona verdiyi qısa danışıq vaxtından şikayətlənən Ərdoğan “Siz danışmağa imkan vermirsiz... Bu gündən etibarən mənim üçün Davos bitmişdir”, - deyərək, toplantı salonunu tərk etmişdi.
Həmin səs-küylü videonu təqdim edirik.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!