Ermənistan payız mitinqinə hazırlaşır
Bizi izləyin

Dünya

Ermənistan payız mitinqinə hazırlaşır

Publika.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan Milli Konqresinin lideri Levon Ter-Petrosyan ümumi müxalifətin payız mitinqinə çağırış edib. Məlumatlara görə, onun çağırışına hakimiyyətdə koalisiya olaraq təmsil olunan “Çiçəklənən Ermənistan” da qoşulur. Hazırda “İrs” və Daşnaksütyun partiyalarının da bu prosesə cəlb olunması üzərində iş aparılır.

Mitinqin əsas məqsədi daxili siyasətdəki çatışmazlıqlar, işsizlik, miqrasiya problemi ilə yanaşı, hakimiyyətin xarici siyasətdəki yanlışlığıdır. Erməni konqresinin lideri Ter-Petrosyan bildirib ki, Serj Sərkisyan müxtəlif təzyiqlərlə, rüşvətlə “Çiçəklənən Ermənistan” partiyasını ələ almaq istəyir.
Lakin onlar hakimiyyətin xüsusilə xarici siyasətdəki yanlışlığına qarşı çıxacaqlar.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm