Fələstin xəstəxanası raket atəşinə tutuldu
Bizi izləyin

Dünya

Fələstin xəstəxanası raket atəşinə tutuldu

Qəzza zolağında yerləşən xəstəxana İsrail hərbçilərinin atəşinə məruz qalıb.

ANS PRESS-in məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi dörd nəfərin həlak olduğunu bildirib.

Daha əvvəl Qəzza zolağında İsrailin Həmas döyüşçülərinə qarşı əməliyyatı nəticəsində 30-dan çox insan öldürülüb. Bu haqda Fələstin hərbçiləri bildirib.

İsrail ordusu iddia edir ki,Qəzza zolağından tunellə ölkəyə girən 10 terrorçu öldürülüb.

İkinci gün ardıcıl olaraq Qəzza zolağının ətrafı artilleriya atəşi altındadır. İsrail hərbçilərinin əsas hədəfi onların dediklərinə görə, bu tunellərdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm