Donetskdə döyüş gedir
Bizi izləyin

Dünya

Donetskdə döyüş gedir

Donetskdə bu gün döyüş əməliyyatları nəticəsində beş dinc sakini həlak olub, 12 nəfər müxtəlif dərəcəli yaralar alıb.

ANS PRESS-in məlumatına görə, bu barədə şəhər şurası mətbuat xidməti xəbər verib.

Xəbərdə qeyd edilir ki, şəhərdə vəziyyət son dərəcə gərgin vəziyyətdədir. Şəhərin Krasnoarmeysk şosesi - Stratonavt küçəsi - Artemovskaya küçələrində döyüşlər davam edir. Bundan başqa, "Toçmaş" zavodu yanır, onun yerləşdiyi ərazidə havaya qara tüstü sütunu qalxır. Yanğın söndürənlər hadisə yerinə yaxınlaşa və yanğının aradan qaldırılmasına başlaya bilmirlər. Həmçinin, dəmiryol vağzalına tərəf ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

"Ərazidə qeyri-stabil vəziyyətlə əlaqədar Donetskin dəmiryol vağzalı Donetsk dəmir yolunun bütün sərnişin qatarları hərəkətini dayandırıb. Şəhərdə vəziyyət acınacaqlı hal alıb. Qeyri-mümkün vaxta qədər bütün idarələr fəaliyyətini dayandırıb", - deyə mətbuat xidməti qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm