İtaliya mediası erməni vəhşiliyindən yazıb (FOTO)
Bizi izləyin

Dünya

İtaliya mediası erməni vəhşiliyindən yazıb (FOTO)

İtaliyanın “l’opinione” xəbər portalında Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərinin və Azərbaycana dair həqiqətlərin təhlil olunduğu yazı yerləşdirilib.

ANS PRESS-in məlumatına görə, yazıda Azərbaycan Prezidentinin İtaliyaya rəsmi səfəri zamanı keçirdiyi görüşlər, imzalanmış sənədlər təhlil edilir, yerli KİV-in dövlət başçısının bu səfərini uzun müddətdir diqqət mərkəzində saxladığı qeyd edilir.

Məqalədə Romada dünyanın ən önəmli arxeologiya komplekslərindən biri olan Aleksandria ərazisində qazıntıların aparılmasına Azərbaycan tərəfindən maddi yardımın göstərilməsi ilə bağlı sənədin imzalanmasının əhəmiyyəti xüsusi vurğulanır.

Müəllif Azərbaycan tərəfindən Romada arxeoloji qazıntıların aparılmasına göstərilən yardımın Azərbaycan dövlətinin və xalqının bəşəriyyətə məxsus mədəni dəyərlərin qorunmasına verdiyi önəm olduğunu bildirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulan məqalədə Avropa ölkələrinin bütün vətəndaşlarının, o cümlədən İtaliya xalqının problemlə bağlı daha çox məlumatlandırılmasının zəruriliyi vurğulanır.

Yazıda münaqişə nəticəsində Azərbaycanda bir milyondan artıq insanın qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanır, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Xocalı soyqırımını törətdiyi diqqətə çatdırılır.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm