Cəsədlər göndərildi
Bizi izləyin

Dünya

Cəsədlər göndərildi

Keçən həftə Ukraynada qəzaya uğramış “Malaysia Airlines”ə məxsus "Boeing 777" sərnişinlərin və ekipaj üzvlərinin cəsədləri refrijator qatarla separatçıların nəzarət etdiyi Torez şəhərini tərk edib.

ANS PRESS-in məlumatına görə, bu haqda informasiya agentliklərinin müxbirləri və şahidlər bildirib.

Daha əvvəl bildirilirdi ki, qatar Xarkova yollanacaq.

Bazar ertəsi Niderlanddan gələn məhkəmə tibbi ekspertlər qrupu Donetsk ərazisinin Torez şəhərinə gəlib və "Boeing" qəzası nəticəsində həlak olanların bədənlərinin ekspertiza işinə başlayıb.

Mütəxəssislər vaqon-refrijatorlara yerləşdirilmiş 196 cəsədə baxış keçirib. Bazar ertəsi günortayadək təyyarədə olan 298 nəfərdən 282-nin cəsədi aşkar edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm