Hollandlar ruslara düşmən oldu
Bizi izləyin

Dünya

Hollandlar ruslara düşmən oldu

Malayziya sərnişin təyyarəsinin Ukraynada vurulması Antalya başda olmaqla Avropanın bir çox yerində istirahət edən rus turistlərinin vəziyyətini pisləşdirib.

ANS PRESS-in məlumatına görə, xüsusilə Rusiya və Hollandiya vətəndaşları arasında düşmənçilik özünün pik həddinə çatıb.

Bir çox məşhur turizm şirkətləri rus və hollandları bir-birindən ayrı tutmaq üçün hərəkətə keçdiyini açıqlayıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, ötən həftə Türkiyədə olan rus və ukraynalı turistlər arasında dava olub. Kəmərdəki bir oteldə başlanan davada alman turistlər ukraynalıları müdafiə edib. Davanın sonunda rus turistlərin otelin üstünə Rusiya bayrağı sancdığı iddia olunur.

Bu arada Malayziyadan uçan təyyarələrin Ukrayna istiqamətindən olan reyslərin İraq ilə Suriya üzərindən həyata keçirdiyi məlum olub. Belə ki, Kuala Lumpur-London təyyarəsi təhlükəli bölgədən 11 min metr yüksəklikdən uçub, mənzil başına çatdığı bildirilir.

ABŞ Suriya və İraq üzərindən olan uçuşların təhlükəli olması barədə xəbərdarlıq yayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm