Qazaxlar da İŞİD sıralarına qatıldı - Foto
Bizi izləyin

Dünya

Qazaxlar da İŞİD sıralarına qatıldı - Foto

Ən azı 16 nəfər Qazaxıstan vətəndaşı “İraq Şam İslam Dövləti” terror təşkilatının sıralarına qatılıb.

Axar.az xəbər verir ki, bu barədə sözügedən ölkənin dövlət kanalı olan Qazaxıstan TV-nin xəbərlər buraxılışı xüsusi reportaj hazırlayıb. Telekanalın hazırladığı süjetdə deyilir ki, Yutubda paylaşılan video çarxda Abu Anisa adlı Qazaxıstan vətəndaşı qazax dilində məqsədlərinə və bu məkana gəlmə səbəbinə aydınlıq gətirib. Kanal həmin şəxslərin fikirlərinin analizsiz də ekstremizmə xidmət etdyini vurğulayıb. Onlar Suriyadan İraqa savaşmağa keçdiklərini də dilə gətiriblər.

Telekanalda yayımlanan verilişdə xatırladılıb ki, son bir neçə ay ərzində yüzlərlə ölkə vətəndaşı eyni addıma qərar verib, Yaxın Şərqə savaşmağa yollanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm