Şok: Konqress Ukraynaya hərbi dəstəyə "hə" dedi
Bizi izləyin

Dünya

Şok: Konqress Ukraynaya hərbi dəstəyə "hə" dedi

Amerika Birləşmiş Ştatları Konqresi ikinci oxunuşda Ukrayna, Moldova və Gürcüstana hərbi dəstəyin verilməsi sənədinin qəbuluna "hə" deyib.

Axar.az xəbər verir ki, bu barədə "Mir" telekanalının xəbərlər buraxılışı məlumat yayıb. Xəbərdə deyilir ki, hətta NATO-ya üzv olmadan belə sözgedən ölkələr rəsmi Vaşınqtondan hərbi yardım ala biləcəklər.

Qəbul olunan sənəd Prezident Barak Obamaya bu yöndə addım atmağa hüquqi imkan verəcək.

Rusiya tərəfi məsələyə olduqca kəskin münasibət bildirib. Efirə qoşulan ekspert Aleksandr Qusyev deyib ki, Rusiya dəfələrlə qarşı tərəfdən məsələnin əsaslandırılmasını tələb etsə də, bu müraciətlər həmişə cavabsız qalıb. O, rəsmi Vaşinqonun Avropada Havadan Müdafiə Sistemlərinin Rusiyaya yönəlmədiyi barədə fikirlərinin aldadıcı olduğunu vurğulayıb. Rusiyalı ekspert ABŞ-ın sözdə bir, əməldə isə başqa bir addım atmasına təəssüf edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm