İsrail əsgərləri göz yaşlarını saxlaya bilmədilər
Bizi izləyin

Dünya

İsrail əsgərləri göz yaşlarını saxlaya bilmədilər

Əsgərlərinin ölümlərini bütün dünya və öz xalqına bildirməyən İsrail cənazə mərasimindəki gözyaşlarını gizlədə bilməyib.

Axar.az xəbər verir ki, İsrail əsgərləri Qəzza qırğınında öldürülən yoldaşları üçün gözyaşları tökərkən görüntüləniblər.

Günlərdir Qəzzada vətəndaşları hədəf alan İsrail ordusundakı itkiləri öyrənincə sarsılıb.

İsrail ordusundan bəzi səlahiyyətlilər "Əl-Qəssam" briqadası ilə çox çətin şərtlərdə savaşdıqlarını bildirərək bu döyüşün 2006-cı ildəki Livan müharibəsindən daha şiddətli keçdiyini söyləyiblər.

Xatırladaq ki, "Əl-Qəssam briqadası dünən açıqlamasında bir gün ərzində 5 ayrı əməliyyatda 30 İsrail əsgərini öldürdüyünü bildirmişdi. Bu gün isə daha 10 İsrail əsgəri öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm