İstanbulda gecə əməliyyatı (FOTO)
Bizi izləyin

Dünya

İstanbulda gecə əməliyyatı (FOTO)

İstanbulda bu gün səhər saatlarında "paralel hökumət" əməliyyatı keçirilib.

ANS PRESS-in məlumatına görə, İstanbul Polis idarəsinə bağlı terrorla mübarizə bürosu qrupları səhər saatlarında müxtəlif məntəqələrdə eyni vaxtda əməliyyat həyata keçirib.

Əməliyyatlar nəticəsində bəzi şəxslər polis tərəfindən saxlanılıb. Hadisə şahidləri saxlanılanların arasında polisin olduğunu da bildirir.

Rəsmi formada olan həmin şəxs Haseki Təlim və Təhqiqat xəstəxanasına müayinə üçün aparılıb. Xəstəxanadan çıxarkən isə onun üzərində terrorla mübarizə idarəsinin forması olub.

Qeyd edək ki, əməliyyatın 17 dekabr istintaqı zamanı vəzifədə olan təhlükəsizlik işçilərinə qarşı olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm