• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ərdoğanın oğlu Mübariz Mənsimovdan gəmi aldı (FOTO)

  • Dünya
  • 22 İyul 2014 08:10
  • 1 889 Baxış
Ərdoğanın oğlu Mübariz Mənsimovdan gəmi aldı (FOTO)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu 35 milyon dollara gəmi alıb.

ANS PRESS-in məlumatına görə, Türkiyədə prezident seçkilərinə namizəd olan, ölkənin hazırkı baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlunun da şərik olduğu "BMZ" şirkəti 35 milyon dollara yanacaq tankeri alıb. Şirkətin sahibləri Nəcməddin Bilal Ərdoğan, Mustafa Ərdoğan və Ziya İlgəndir.

Onların bu gəmini Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı biznesmen, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdan aldıqları bildirilir. Təxmini 27,5 milyon manata alınan gəminin xüsusiyyəti isə "neft tankeri" olmasıdır. Bu tanker, beynəlxalq sularda yanacaq daşıma öhdəliyinə malikdir.

Qeyd edək ki, Azərbaycanlı biznesmen Mübariz Mənsimovun atasının adının verildiyi "Mecid Aslanov" adlı gəminin 2014-cü il iyunun 24-dən etibarən BMZ şirkətinə məxsus olduğu bildirlir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR